Modern ürfani hekayə

Nəsr


 

 

◊ Modern ürfani hekayə

  Şərh göndərin 13.07.2016 22:01

Parkda məndən bir az aralı skamyadakı üç gənc oğlanın hənirtili söhbətinə oğrunca qulaq asırdım ,onlar az ala məni bəlkə də kar hesab edirdilər,hər şeyi eşidirdim.Amma soya bilməyəcəklər mini marketin kassirini.Çünki bayaqdankassirə kimin yaxınlaşacağını ,qapıda kimin güdəcəyini və küçədə kimin, gələn var,deyə “vızıv” vermək üçün dayanacağını müəyyənləşdirə bilmirdilər,xüsusən də kassiri qorxuda biləni .Üzləri,- çox tərbiyəlı uşağıq ,deyirdilər .Danışıqları da filmlərdəki xüsusi cinayətkar nəzakətindən xəbər yayırdı .İnanın onların hansı sizə yanınızda işə düzəlmək üçün müracıət etsə,mütləq ona ən azı ,əyləşın görüm cavanoğlan ,nəyi bacarırsız? Haranı qurtarmısız?O.da qarətçi ağlı ilə yəqin ki gopa basıb hər şeyi bacardığını lap sizi bir az da məftun etsə nazir də işləyə biləcəyinə sizi inandırar .Belə yaraşıqlı .son dəblə süslənmiş vücudunda alı məktəblərin işığı parlayan bir gənc niyə sizin yanınızda öz şansını sınamasın ?Niyə ona imkan yaratmayasız?Lakin onların biri : - bəlkə sənin atanı soyaq?Atası təhlükədə olan təcüblənmədi ,deyəsən bu hələ təsdiqini tapmamış köhnə layihələridir.Və atası soyulan : - atamı soya bilməyəcəyik,çünki pulları o saxlamır şefi isə lap anamı da qaçırsaq onun arvadını da oğurlaya bılsək nəsillərində oğurlamadığımız adam qoymasaqda pul mümkün deyil (nə şərəfsiz adammış). Üçüncüsü : -bizə bu gecə pul lazım deyil ?Bu gecə  kasseri ,az olsa sabah o taksini ,çox aldı bu gün bizdən ,otelin qabağına gələn kimi deməli xariciləri soyub ,biz də gecə onu  .Qalxıb gedəndə istədim onlara : - ey uşaqlar sizə bu günlük nə qədər bəsdir ?Sonra fikirləşdim birdən çox istəyərlər o qədər olmaz pərt olaram.Gecə soyulacaq kassirin dərdi məni götürdü .heç olmasa o kassir qadındısa da çönüb kişi olaydı ,kaş xəsarət də almayaydı .—Siz  o biri skamyada əyləşərsiz? (nə yaxşı ki bu səs məni kassirin dərdindən aldı ,yoxsa ağlamağa başlardım ) –bu süpürgəçi gənc qızdır amma qoca da olsaydı fərqi yoxdur kifir ,kartofburun dodaqları nənə dodağı kimim nazik alnı qirişir bircə öskürməyi çatmır ,skamyamı dəyişdim ,amma səsindəki iyirmi yaşlılığın çılğın mehribanlığı sanki ,bilirəm ki inciməzsiz ,də dedi .Və cəld ürəyimdə ona heyfsləndim .Kifirlərə yazığım gəlir .Skamyamın ətrafını süpürəndə özünə oxşayan oğlan da gəlıb ona : - mənim sevgilimin kefi? Qız diksinib kifir təbəssümlə : - yaxşıyam ,bəs sən?Oğlan ; - bu gün sənin istirahət günün deyilmiş? Qız : - yox ,sabahdır .Oğlan ; - nə yaxşı mən də bu günə götürməmişəm ,sabah öz süpürdüyümüz parkı gəzək ? Qız : - gəzək …….. Onlar sabahkı gəzinti qiyafətləriylə (yəqin ki necə olsa sabah daha təmiz geyinərlər ) sizdən iş yeri istəsələr fikirləşmədən : -bizdə süpürgəçı var ,deyəcəksiz çünki üzlərindən ,bizdən yalnız süpürgəçi olar ,oxuyursuz .Elə buna görə də yazıq kasseri o ,yaraşıqlılar o gecə bəlkə də soydular .. Asim .2016.iyun .


Baxış: 34


◊ Cib şəhəri

  Şərhlər (1) 17.10.2009 20:50

         Vüsal Nurunun şeiri.

Baxış: 656



Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat



Menyu

  ◊   Əsas səhifə
  ◊   Haqqımızda
  ◊   Keçidlər/link
  ◊   Xəbər/Yazı
  ◊   e-Kitabxana
  ◊   Reklam
  ◊   Səsli kitab
  ◊   Əlaqə

Ən çox oxunan bloqlar


İceberg yaziları
ice.kitabxana.net (15154)
GÜLCE EDEBİYAT
gulceedebiyattv.kitabxana.net (14621)
Qorxulu Əhvalatlar
farhadgate.kitabxana.net (13916)
PLATONYA
platonyaadasi.kitabxana.net (8169)
Nəriman
sungurlar.kitabxana.net (4402)


Yazılar / kitablar


Camal Zeynaloğlu: “Cəsur kəşfiyyatçı, igid partizan”. Kitab Böyük Vətən müharibəsi illərində Ukraynada partizan hərəkatında fəal iştirakçısı, istedadlı aktyor, cəsur kəşfiyyatçı Xanlar Babanlının döyüş yollarından bəhs edir.
Müəllif: Camal Zeynaloğlu
Damət Salmanoğlu. "Ömür-gün qatarı" (Şeirlər toplusu). Güney bölgəsində - Masalıda yaşayan cavan müəllifin bu ilk kitabında müxtəlif illərdə qələmə aldığı şeirlər toplanıb.
Müəllif: Damət Salmanoğlu
Gülşən Mustafa. "Kəpənək ömrü" (Şeirlər toplusu). Gənc və istedadlı müəllifin bu ilk kitabında müxtəlif illərdə qələmə aldığı şeirlər toplanıb.
Müəllif: Gülşən Mustafa
Nəriman Həsənzadə. "Seçilmiş əsərləri". Yeddi cildə, VII cild (Müsahibələr. Axtarışlar. Aforizmlər. Tərcümələr. Məktublar). Bu e-kitaba görkəmli xalq şairimizin müxtəlif səpkili əsərləri toplanıb.
Müəllif: Nəriman Həsənzadə